5 iyul 2024 at 18:00
Jurnalist kodu: 5561
Xəbər kodu: 85530462
T T
0 Persons
Livan Hizbullahı sionist rejim ordusunun hərbi bazasına raket zərbəsi endirdi

Tehran - İRNA - Livan Hizbullahı növbəti dəfə raket hücumu ilə sionist rejimin işğal olunmuş ərazilərdəki qərargahlarından olan “Əl-Rəmsa” hərbi bazasını hədəfə alıb.

Livan Hizbullahı bəyanat yayaraq, Livanın İslami müqavimət qüvvələrinin “Kəfr Şuba” yüksəkliyindəki “Əl-Rəmsa” sərhəd məntəqəsində yerləşən işğalçı İsrail rejiminin bu hərbi qərargahını raketlə hədəfə aldığını bildirib.

Həmçinin, İzzəddin Əl-Qəssam Batalyonları bəyanat yayaraq, bu batalyonların əsgərlərinin Qəzzə şəhərinin şərqindəki Şücaiyyə bölgəsində Əl-Yasin tank əleyhinə raketi ilə sionist rejimə aid tankı məhv etdiklərini açıqlayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .